Rusiyada hərbi təyyarə qəzaya uğrayıb, 19 nəfər ölüb - Yenilənib

Rusiyanın Kemerovo vilayətində An-12 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində 19 nəfər həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə planlı uçuşun həyata keçirilməsi zamanı baş verib. Təyyarə yaşayış olmayan əraziyə düşüb və onun göyərtəsində 6-sı ekipaj üzvü olmaqla, ümumilikdə 19 nəfər olub.

Rusiya Müdafiə Nazirliyi qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini açıqlayıb.

Hadisə yerində Rusiya Aerokosmik Qüvvələrinin komissiyası işləyir.

"An-12" hərbi təyyarəsi Rusiyanın Kemerovo vilayətinin Yaqunovo kəndi ərazisində qəzaya uğrayıb.

Bu barədə regionun qubernatoru İlya Seredyuk öz "Telegram" kanalında bildirib.

"Yaqunovo kəndi ərazisində aviasiya qəzası olub. Hadisə yerinə yola düşdüm. Orada operativ xidmətlər işləyir. Region tərəfindən lazımi köməklik göstərilir. Hadisənin təfərrüatları səlahiyyətli qurumlar tərəfindən müəyyənləşdirilir", - o yazıb.

Rusiya mediasında yayılan məlumata görə, ekipajın bütün üzvləri (17 nəfər-red.) həlak olub.