SUMQAYIT, 17 noyabr. TELEQRAF
Sumqayıtda anbar ərazisində ölüm hadisəsi qeydə alınıb.
Hadisə şəhərin İnşaatçılar qəsəbəsində, “Embawood” şirkətinə məxsus anbarda baş verib.
50 yaşlı kişi iş zamanı qəfil halı pisləşərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.