"Araz-Naxçıvan"ın legioneri məşqlərə qayıtdı

“Araz-Naxçıvan” Misli Premyer Liqasının 12-ci turunda “Neftçi” ilə keçirəcəyi oyuna hazırlığını davam etdirir.

Ötən tur zədə səbəbindən meydana çıxa bilməyən Alberto Fernandes məşqlərə qayıdıb. Mustafa Əhmədzadə isə fərdi qaydada fiziki hazırlıq üzrə məşqçinin tapşırıqlarını yerinə yetirib.

Həmçinin millinin düşərgəsində olan Ağadadaş Salyanski sabah komandaya qoşulacaq.