Hündürlükdən yıxılan yazıçının son durumu

Xəbər verildiyi kimi Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı İlhamə Məmmədova Sumqayıtda hündürlükdən yıxılaraq xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən Bizim.Media-ya bildirilib ki, hadisə noyabrın 16-da saat 19:20 radələrində baş verib.

Qeyd olunub ki, 1969-cu il təvəllüdlü qadın hündürlükdən yıxılma səbəbilə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Ona qapalı kəllə-beyin travması və hər iki bud sümüyünün sınığı diaqnozları təyin edilib.

Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir və vəziyyəti ağır qiymətləndirilir.