Xocavənd, 17 noyabr, AZƏRTAC 17 Noyabr – Milli Dirçəliş Günündə Xocavənd torpağı öz əzəli sakinlərini, doğma sahiblərini qarşılayır. Onilliklər boyu davam edən yurd həsrəti artıq vüsal sevinci ilə əvəzlənib. Bu gün Xocavəndə ayaq basan hər bir keçmiş məcburi köçkünün üzündə həm illərin nisgilinin bitməsindən doğan rahatlıq, həm də azad Vətənə qovuşmağın böyük qüruru oxunur. Burada hər ailənin öz xatirəsi, öz mübarizə yolu və gələcəyə dair işıqlı arzuları var.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doğma el-obasına qovuşan sakinlərdən biri də Lena Nəsirovadır. Onun üçün bugünkü qayıdış həm tarixi günə, həm də ailəsinin ən əziz sevincinə təsadüf edib.Vaxtilə məcburi köçkün düşəndə ailədə dörd nəfər - atası, anası, bir yaşlı körpə qızı və özünün olduğunu xatırladan Lena xanım əvvəlcə Ağcabədi rayonunun Avşar kəndində, daha sonra Göyçayda məskunlaşdıqlarını deyir: “Çox yer dəyişdik, çox əziyyətlər çəkdik. Amma nə qədər çətin olsa da, bir gün Xocavəndə qayıdacağımıza ümidimiz heç vaxt sönmədi. Sağ olsun Prezidentimiz, əvvəlcə bizi 500 ailəlik qəsəbədə evlə təmin etdi, bir müddət orada yaşadıq. İndi isə Xocavənd şəhərində bizə yeni ev verilib, öz doğma elimizə, obamıza köçürük. Bu gün qızım, kürəkənim və iki nəvəmlə birlikdə beş nəfərlik ailə kimi doğma torpağımıza qayıtmışıq. Bu gün mənim üçün ikiqat, hətta üçqat bayramdır. Həm 17 Noyabr – Milli Dirçəliş Günüdür, həm bu gün ikinci nəvəmin 7 yaşı tamam olur, həm də biz doğma yurdumuzda yeni evimizə qovuşuruq. Bura gələndə, doğma yurdun təmiz havasını, suyunu görəndə elə bildim ki, dünyaya yenidən gəldim. Bizi bu günlərə qovuşduran dövlətimizə minnətdaram, Allah köməkləri olsun”. Digər müsahibimiz Aygün İbrahimova isə doğma torpağa ayaq basdığı ilk andan keçirdiyi dərin həyəcanı gizlədə bilmir: “Cənnət Qarabağımıza, illərlə həsrət qaldığımız doğma vətənimizə qovuşmuşuq. İnanın ki, insan buraya gələndə həyəcandan tükləri biz-biz olur, böyük qürur hissi yaşayır”.Xocavənddən məcburi köçkün düşəndə 30 yaşında olan Aygün xanım Bakıda yaşadığı illərdə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün yorulmadan çalışdığını bildirir. O, tariximizi, qəhrəman oğullarımızı və abidələrimizi tanıtmaq məqsədilə “Qarabağ harayı” İctimai Birliyini və Azərbaycan, rus, ingilis dillərində nəşr olunan “Dünyaya Qarabağ harayı” jurnalını təsis edib. Hazırda rəhbərlik etdiyi “Dünya Türk Ocaqları” təşkilatının Türkiyə, Niderland, Almaniya və Polşada filiallarının fəaliyyət göstərdiyini deyən müsahibimiz xaricdəki soydaşlarımızın da ən böyük arzusunun azad Qarabağı görmək olduğunu vurğulayır.Ailəsi Qarabağ torpaqları uğrunda altı şəhid verən Aygün İbrahimova Xocavəndə gələn kimi ilk işinin bibisi oğlu, Qarabağın ilk şəhidlərindən olan Arif Məmmədovun məzarını ziyarət etmək olduğunu söyləyir: “Onun məzarını tapanda elə bildim ki, Arif yenidən həyata qayıtdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Bu gün iki subay oğlumla birlikdə doğma yurdumuza qayıtmışıq. Vaxtilə buradan 1 yaş 3 aylıq körpə kimi çıxan böyük oğlumun artıq dörd övladı var, özü də iş adamıdır. İnşallah, tezliklə o da buraya köçəcək, iş yerləri açaraq el-obamıza fayda verəcək. Mən də təşkilatımın bayraqlarını, jurnallarımı özümlə gətirmişəm, burada fəaliyyətimi davam etdirəcəyəm”.Noyabrın 12-də - Konstitusiya Günündə püşkatmada yeni evinin nömrəsini çəkdiyini, 17 Noyabr – Milli Dirçəliş Günündə isə doğma ocağına köçdüyünü deyən Aygün xanım özünü dünyanın ən xoşbəxt insanı hiss etdiyini, bizi bu günlərə qovuşduran Prezidentimizlə fəxr etdiyini dilə gətirir. Doğma yurdu 4 yaşında tərk edən, bu gün isə 13 yaşlı övladı ilə birlikdə Xocavəndə qayıdan Şəhriyar Məmmədov üçün də bu qayıdış xüsusi məna daşıyır. O, bu tarixi günə görə şəhidlərimizə borclu olduqlarını vurğulayır: “Allah şəhidlərimizə rəhmət eləsin, Qarabağa qayıtmağımız onların bizə ən böyük hədiyyəsidir. Müzəffər Ali Baş Komandanımıza da cansağlığı arzulayıram. Ömür boyu yuxularımızda belə Qarabağı düşünmüşük. Valideynlərimiz bizə hər zaman deyirdi ki, bir gün mütləq Qarabağa qayıdacağıq. Bu inamla yaşadıq və nəhayət ki, arzumuza çatdıq. Uşaqlıq xəyallarımda canlandırdığım Qarabağla bu gün canlı şahidi olduğum dirçəliş arasında böyük fərq var — bura indi daha gözəldir”.Vaxtilə ailədə beş nəfərlə yurdlarından didərgin düşdüklərini xatırladan Şəhriyar Məmmədov bu gün özünün üç nəfərdən ibarət ailəsi ilə qayıtdığını, digər doğmalarının da mərhələli şəkildə torpaqlarımıza dönəcəyini bildirir. Övladının təhsilini artıq azad Qarabağda davam etdirəcəyinə görə fərəh hissi keçirən müsahibimiz Xankəndidə fəaliyyət göstərən Qarabağ Universitetində yaradılan şəraitlə tanış olduğunu da deyir: “İnşallah, övladlarımız burada məktəbi bitirib ali təhsillərini də elə Qarabağ Universitetində davam etdirərlər. Biz də burada yaşayıb-yaradaraq vətənimizə ləyaqətlə xidmət edəcəyik”. Beləliklə, 17 Noyabr – Milli Dirçəliş Günündə Xocavəndə qayıdan ailələrin timsalında azad Qarabağın yeni intibah və quruculuq salnaməsi yazılır. İllər əvvəl həsrət və nisgillə yarımçıq qalmış ömür hekayələri indi doğma torpağın qucağında uşaq gülüşləri, yenidən qalanan ocaqların istisi və böyük sabahlara olan sarsılmaz inamla davam edir. Xocavəndə dönən hər bir sakin bu müqəddəs yurdun əbədi sahibləri kimi gələcəyə inamla baxır. Müxbir – Aydın Yavərzadə
Bu gün
3707 xəbər bu gün
İşçilər maaş kartı üçün bankı özləri seçəcəklər – Yeni qayda nə vaxt qüvvəyə minir?
Abşeron rayonunun Qobu qəsəbəsini paytaxtın "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrut üzrə avtobuslar yenilənir.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi məlumatların mübadiləsi üçün nəzərdə tutulmuş daxili rabitə şəbəkəsində nasazlıq yaranıb.
ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) məxfi daxili kommunikasiya şəbəkəsinin fəaliyyətində nasazlıqlar müşahidə edilib. Qurum əməkdaşlarının məxfi məlumatları paylaşmaq üçün istifadə etdiyi “NSA Net” adlı rabitə…
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda ilk qələbəsini qazanıb. Farer adalarının müvafiq yaş qrupundan olan kollektivi ilə qarşılaşan komanda səfərdə 2:0…
ABŞ Milli Təhlükəsizlik Agentliyinin məxfi məlumatların mübadiləsi üçün nəzərdə tutulan daxili şəbəkəsi fəaliyyətini dayandırıb. Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, "NSA Net" adlı şəbəkə…
Serbiyanın "Aleksandar Vuçiç – Serbiya qalib gəlir" parlament qrupunun rəhbəri Aleksandar Vuçiç parlamentin fəaliyyətinə və yeni hökumətin formalaşdırılmasına mane olmayacaqlarını bəyan edib. O bu barədə Serbiya…
Qazax, 17 noyabr, AZƏRTAC 2026-cı ilin “İdman Paytaxtı” Qazax şəhərində V İdman Festivalına start verilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın ilk günündə 13-15 yaşlı yeniyetmələr üçün müxtəlif…
Bakı, 17 noyabr, AZƏRTACPrezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin…
ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu…
Abşeron rayonunun Qobu qəsəbəsini paytaxtın "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrut üzrə avtobuslar yenilənir. Bu barədə Azərbaycan Yerüstü...
AzMİU-nun nəzdində İnşaat Kollecinin tələbəsi vəfat edib. Bu barədə kollec məlumat yayıb. Bildirilib ki, “Hidromelarasiya və torpaq mühafizəsi” ixtisası üzrə I kurs tələbəsi Mirməcid...
Cari ilin yanvar–noyabr ayları ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 47 şadlıq sarayında nəzarət tədbirləri həyata keçirilib. Bu barədə...
Sumqayıtda piyadanı avtomobil vurub.
Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan avtomobillər hərrac yolu ilə satışa çıxarılır.
Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.
Ermənistanın Baş naziri Nikol Paşinyan COP31 üçün Antalyada olarkən götürdüyü bananı yeyib. O həmin bananı cibində altı ölkəni gəzdirib. Ermənistana qayıtdıqdan sonra isəonu yeyib. Antaliyanın mərkəzindən gələn banan…
ƏSA Teatrının gənc aktrisası Leyla Musayeva vəfat edib. Bu barədə teatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Məlumata görə, “Aktyorluq laboratoriyası”nın üzvü olmuş Leyla Musayeva uzun sürən xəstəlik nəticəsində…
ABŞ Rusiya ilə Ukrayna arasında aparılan danışıqların Avropa ölkələrinin iştirakı ilə genişləndirilməsini razılaşdırıb. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. Onun sözlərinə görə, danışıqlara beş Avropa…
İranın Abdanan şəhərində neft şirkəti işçilərini daşıyan avtobusun aşmasından sonra şəhər əhalisi kütləvi şəkildə etiraz aksiyası keçirmək üçün küçələrə axışıb. Bu barədə İran mediası məlumat yayıb. Etirazçılar “Bu, son…
AzMİU-nun nəzdində İnşaat Kollecinin tələbəsi vəfat edib. Bu barədə kollec məlumat yayıb. Bildirilib ki, “Hidromelarasiya və torpaq mühafizəsi” ixtisası üzrə I kurs tələbəsi Mirməcid Əliyev dünyasını dəyişib. ...
''Qalatasaray'' ''Samsunspor''la oyunöncəsi sanki lənətlənib. İnamla turnir cədvəlinə başçılıq edən İstanbul nəhəngi az qala hər gün uğursuz bir xəbər alır. Viktor Osimhen və Rafael Leaonun həmin oyunda iştirak…
Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsi layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması ölkənin qarşıdakı dövr üçün iqtisadi və sosial prioritetlərini yenidən diqqət mərkəzinə gətirib. Parlamentdə…
Şəxsi hədələyərək, şantaj edərək və ya onun haqqında rüsvayedici məlumatlar yaymaqla qorxudaraq pul və yaxud hər hansı əmlak tələb etmək qanunvericiliklə cinayət əməli hesab olunur. Bəzən şəxslər qarşı tərəfin şəxsi…
“Real Madrid” PSJ-nin Arda Güləri transfer etmək istəyinə razılıq verməyib.Metbuat.az-ın məlumatına görə, Madrid klubu 21 yaşlı türkiyəli futbolçunu satmaq niyyətində deyil və onunla müqaviləni 2035-ci ilədək uzatmağı…
Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ 13, 61 km dərinlikdə qeydə alınıb.
Abşeron rayonunun Qobu qəsəbəsini paytaxtın "Avtovağzal" Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli müntəzəm marşrut üzrə avtobuslar yenilənir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)…
Fransa hərbçiləri Ukrayna ərazisindədirlər. Lakin rəsmi Paris onların döyüş əməliyyatlarında iştirak etmədiyini bildirir. TASS-a istinadən, bunu Fransanın Müdafiə Nazirliyi yanında nazir-deleqat Alis Rüfo təsdiqləyib…
Diyetoloqlar beyin, ürək və bağırsaq sağlamlığı üçün faydalı qəlyanaltı kimi yunan yoqurtunu tövsiyə ediblər. Lottə Andonyan və Sara Qlinski bu barədə “Real Simple” nəşrinə danışarkən məhsulun faydalarına diqqət…
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli…
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Nazir bu barədə “X” sosial şəbəkə…
Türkiyənin Van vilayətinin Gevaş rayonunda 4,3 maqnitudalı zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatında qeyd olunub…
Bakıda qadın qətlə yetirilib.
Xarici ölkələrdən qayıdarkən alış-veriş etmək bir növ ənənəyə çevrilib. Kimisi özü, kimisi də yaxınları və digər məqsədlər üçün xaricdən məhsul alıb ölkəyə vergi ödəmədən gətirmək istəyir. Ancaq bu proses digər ölkələrdə…
Almaniyanın xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Prezidenti İlham Əliyevə Bakıda səmimi qarşılanmaya görə təşəkkür edib.
Министр обороны Украины Евгений Хмара, прибывший на первое для себя заседание Контактной группы по вопросам обороны Украины («Рамштайн»), пообещал продолжить дальнобойные удары по российской военной...
Венгрия временно остановила железнодорожное сообщение с Украиной после падения российского беспилотника в Закарпатье, заявил премьер-министр Петер Мадьяр. По его словам, дрон упал примерно в 300...
Вчера мы писали о волне атак на аккаунты в социальных сетях, которая в выходные затронула политиков, государственные ведомства и мировые бренды. Тогда казалось, что главная уязвимость цифрового мира кроется в забытых…
Abbas Arakçı
Təhlükəsizlik
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, bir…
ABŞ-yə səfəri çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Kənd Təsərrüfatı Nazirinin birinci müavini Stephen Vadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu…
Türkiyənin Antalya şəhərində COP31 çərçivəsində nazirlərin toplantısı keçirilib. COP29-un prezidenti Muxtar Babayevin də iştirakı ilə keçirilən toplantıda 2030-cu ilədək iqlim hədəflərini müzakirə olunub. İqlim…