Gəncə, 17 noyabr, AZƏRTAC Gəncə şəhərində keçirilən “Mənəvi dəyərlər” həftəsi çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) “Mənəvi dəyərlər” günü təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.Açılış mərasimində Dövlət Himni səsləndirilib, Dövlət Bayrağına həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Azərbaycanın zəngin tarixi-mədəni irsindən, tolerantlıq ənənələrindən və ölkəmizdə müxtəlif xalqlar arasında formalaşmış dostluq münasibətlərindən danışıb. Rektor vurğulayıb ki, Azərbaycanda müxtəlif dillərin, dinlərin və mədəniyyətlərin yaşadılması, qorunması, eləcə də sərbəst inkişafı üçün əlverişli şərait yaradılıb. Qarşılıqlı hörmət, tolerantlıq və birgəyaşayış prinsipləri cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin dəfələrlə ifadə etdiyi kimi, ölkəmizdə dinlər və məzhəblər arasındakı qarşılıqlı anlaşma mühitinin alternativi yoxdur.Yusif Yusibov dini və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün ibadətgahların dövlət tərəfindən qorunduğunu və bərpa edildiyini diqqətə çatdırıb. O, Bakıda yerləşən erməni kilsəsinin qorunub saxlanılmasını və burada erməni dilində 5 mindən çox kitabın mühafizə edilməsini ölkəmizdə hökm sürən tolerantlıq mühitinin bariz nümunəsi kimi dəyərləndirib. Rektor, həmçinin 44 günlük Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi həmrəyliyin milli birlik, dövlətçilik və vətənpərvərlik ruhunun gücünü bir daha təsdiqlədiyini qeyd edib.Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tarixi və mədəni irsin qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu söyləyib. O xatırladıb ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən bu siyasət çərçivəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin və irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm layihələr reallaşdırılır.İcra başçısı gənclərin müasir bilik və bacarıqlara yiyələnməklə yanaşı, milli kimliyinə və mədəni irsinə dərindən bələd olmasının vacibliyinə toxunub. Bu prosesdə ali təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət düşdüyünü deyən Niyazi Bayramov “Mənəvi dəyərlər” gününün tələbələrin maarifləndirilməsi və vətənpərvərlik ruhunda formalaşması baxımından əhəmiyyətini yüksək qiymətləndirib.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışında Azərbaycan Bayrağının üç rənginin xalqımızın milli kimliyini, dövlətçilik iradəsini və mənəvi dünyasını əks etdirdiyini bildirib. Ramin Məmmədov vurğulayıb ki, bayraqdakı mavi rəng milli kimliyimizi, tarixi yaddaşımızı, azərbaycançılıq ideologiyasını, qırmızı rəng müasirliyi, elmi-intellektual inkişafı, yaşıl rəng isə mənəvi irsimizi, tolerantlıq və humanizm ənənələrimizi təcəssüm etdirir.Komitə sədri Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasında milli-mənəvi dəyərlərin qorunmasının xüsusi yer tutduğunu, bu gün isə həmin xəttin Prezident İlham Əliyev tərəfindən dövlət quruculuğu və milli həmrəyliyin möhkəmləndirilməsi ilə vəhdət halında davam etdirildiyini qeyd edib. Ramin Məmmədov əlavə edib ki, müasir dövrdə milli köklərə bağlılığın elmi tərəqqi ilə uzlaşdırılması əsas şərtdir. O, “Mənəvi dəyərlər” həftəsinin gənclərdə vətəndaş məsuliyyətinin və mədəni müxtəlifliyə hörmətin gücləndirilməsinə, eləcə də bu zəngin irsin gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini diqqətə çatdırıb. Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov Gəncənin Azərbaycanın mənəvi həyatındakı rolundan bəhs edib. “Mənəvi dəyərlər” həftəsi layihəsinin əsas məqsədinə toxunan Aqil Şirinov bildirib ki, bu cür tədbirlər gənclərin bir-birini yaxından tanımasına, ölkənin zəngin tarixi məkanlarını kəşf etməsinə və milli-mənəvi dəyərlərə sahib çıxmasına xidmət edir. Rektor əlavə edib ki, rəqəmsallaşan və qloballaşan müasir dünyada birtipli mədəniyyət axınlarına qarşı durmağın yeganə yolu milli-mənəvi dəyərlərə sahib çıxmaqdır və Azərbaycan xalqı hər zaman bu zəngin irsi qorumaqla fəxr edir.Rəsmi çıxışlardan sonra tədbir elmi mühazirələrlə davam etdirilir. Müxbir - Elcan Məmmədov
Bu gün
276 xəbər bu gün
Dünya şöhrətli niderlandlı rəssam Vinsent van Qoqun ömrünün son aylarında çəkdiyi “Çiçəklənən şabalıd ağacları” tablosu rekord qiymətə satılıb.Metbuat.az xəbər verir ki, 1890-cı ildə yaradılan rəsm əsəri Nyu-Yorkda…
Bakı, 19 noyabr, AZƏRTAC Niderlandlı dahi rəssam Vinsent Van Qoqun “Çiçəklənən şabalıd ağacları” adlı mənzərə tablosu Nyu-Yorkda keçirilən “Sotheby's” hərracında 190,43 milyon dollara satılıb.AZƏRTAC xarici mediaya…
Bal uzun müddət saxlanıla bilən təbii məhsullardan biridir. Lakin düzgün şəraitdə saxlanılmadıqda onun keyfiyyəti pozula, hətta fermentasiya prosesi başlaya bilər. Buna görə balın harada və hansı qabda saxlanılması…
Rəsmən İran İslam Respublikasının tabelyində olan Güney Azərbaycanın Zəncan şəhərində mənzil problemi ilə bağlı etiraz aksiyası keçirilib Dövlətin mənzil layihələrindən ev almaq üçün ödəniş edən vətəndaşlar mənzillərin…
Çin “Shijian-24” eksperimental peykini uğurla orbitə çıxarıb. “Changzheng-2D” (CZ-2D) daşıyıcı raketinin buraxılışı Bakı vaxtı ilə saat 02:51-də Şansi əyalətində yerləşən “Tayyuan”…
“Barselona”nın hücumçusu Rafinya Yaponiya ilə oyunda qırmızı vərəqə alıb. Sinqapurla matçı buraxacaq futbolçu buna baxmayaraq Braziliya millisinin düşərgəsini tərk etməyib. Bizim.Media xəbər verir ki, 29 yaşlı futbolçu…
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Ukraynaya kəşfiyyat məlumatları ötürməkdə davam etdiyini etiraf edib
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir
Yeməkdən sonra bəzi gündəlik fəaliyyətlərə dərhal başlamaq məsləhət görülmür.
Пользователи по всему миру сообщают о перебоях в работе сервера онлайн-сервиса PlayStation Network. Как передает Day.Az со ссылкой на ТАСС, об этом свидетельствуют данные портала Downdetector, отслеживающего работу…
Первая в истории трехсторонняя встреча лидеров России, Китая и США Владимира Путина, Си Цзиньпина и Дональда Трампа запланирована ориентировочно на 14:30 по местному времени (10:30 Баку).
ABŞ Prezidenti Donald Tramp son vaxtlar elektrik enerjisi təchizatında baş verən genişmiqyaslı fasilələr fonunda amerikalıları sakitliyi qorumağa, ərzaq və içməli su ehtiyatı görməməyə çağırıb. Ağ Evin rəhbəri bu barədə…
Bakı, 19 noyabr, AZƏRTAC Peru hökuməti “El-Ninyo” iqlim fenomeninin karbohidrogen sektorunda yarada biləcəyi mümkün fasilələrin qarşısını almaq məqsədilə ölkə üzrə yanacaq təchizatı zəncirində fövqəladə vəziyyət elan…
"1993-cü il avqustun 23-də övladlarımla birlikdə Cəbrayıl rayonunun Soltanlı kəndini tərk etmişik. Bu gün 71 yaşımda doğma torpağıma qayıdıram. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bizə bu sevinci…
ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Rusiya və Çinlə mümkün razılaşmalar çərçivəsində Amerika nüvə arsenalının daha da azaldılması çətindir. Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib. "Bunu…
Azərbaycanla ABŞ arasında texnologiyaların transferi, ticarət əlaqələrinin genişləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyəti (R&D), institusional və insan kapitalının inkişafı, habelə kənd təsərrüfatı genetikası…
Bakı, 19 noyabr, AZƏRTAC Mən Zəngilandan çıxanda 32 yaşım var idi. İllərdir bu günün həsrəti ilə yaşayırdıq. Allah Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və rəşadətli Ordumuzu qorusun. Allah…
Astroloqların proqnozuna görə, 2026-cı ilin noyabr ayının qalan hissəsində Şir, Əqrəb, Tərəzi və Qoç bürclərini müsbət dəyişikliklər gözləyir. Bu bürclərin nümayəndələri sevgi, mənəvi inkişaf və yeni imkanlar baxımından…
Üçtərəfli görüş
O, NBA tarixinin ən böyük basketbolçularından biridir. Dörd dəfə çempion olub, dörd dəfə mövsümün ən dəyərli oyunçusu seçilib və liqa tarixində ən çox xal toplayan basketbolçuya çevrilib. Lakin Lebron Ceymsin hekayəsi…
Bugün Qəbələ rayonunun bir sıra ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. (function(containerId) { if…
Noyabrın 19-da keçmiş məcburi köçkünlərdən ibarət növbəti qruplar Bakıdan Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə yola düşüblər.
Həm həyəcanlıyıq, həm də kədərli. Sevincliyik, ona görə ki 33 ildən sonra işğaldan azad olunan torpaqlarımıza qayıdırıq. Kədərliyik, şəhidlərimizə, qazilərimizə görə. Bunu "Report"a açıqlamasında Cəbrayıl rayonunun…
Bakı, 19 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir.AZƏRTAC xəbər verir ki, bu gün Soltanlı kəndinə 16 ailə (80 nəfər), Cahangirbəyli…
Bakı, 19 noyabr, AZƏRTACABŞ Prezidenti Donald Tramp Rusiya, Çin və Birləşmiş Ştatlar arasında nüvə silahlarının azaldılmasına dair razılaşma əldə olunacağı təqdirdə, yerində yoxlamaların keçirilməsini mümkün hesab…
Çay bir çox insanın gündəlik qidalanmasının ayrılmaz hissəsidir. Lakin onun miqdarı ilə yanaşı, hansı temperaturda içilməsi də sağlamlıq baxımından əhəmiyyət daşıya bilər.
Xocavənd, Cəbrayıl və Zəngilan rayonlarına növbəti köç karvanı yola salınıb. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində…
Payızın sonunda dörd bürcün nümayəndələri əvvəllər onlara problem yaradan insanların həyatında gözlənilməz dəyişikliklərin şahidi ola bilərlər. Astroloji proqnoz Buğa, Şir, Tərəzi və Dolça bürclərinə pis düşünənlərin öz…
BMW bir neçə ildir ki, premium avtomobillərin qlobal satış həcminə görə "Mercedes-Benz"i qabaqlayır. Şirkətə liderliyini qorumaqda model sırasının genişmiqyaslı yenilənməsi kömək edir.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Soltanlı və Zəngilan rayonunun Cahangirbəyli kəndlərinə növbəti köç karvanı yola salınıb. Bu…
Beş qızım var, hər birini evləndirmişik, indi isə doğma yurda geri qayıdırıq. Bunu jurnalistlərə açıqlamasında Zəngilan rayonunun Cahangirbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Şölə Alıyarova deyib. O bildirib ki…
Bakı, 19 noyabr, AZƏRTAC Pekin praktiki əməkdaşlığı dəstəkləmək üçün 20 milyon dollar vəsait ayırmaq niyyətindədir.AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin…
Bakı, 19 noyabr, AZƏRTAC Honduras hakimiyyəti ölkənin şimalındakı Yoro departamentində 12 nəfərin qətlə yetirilməsindən sonra bölgəyə dərhal xüsusi təyinatlı bölmələrin yeridilməsi barədə göstəriş verib.AZƏRTAC xəbər…
ABŞ Prezidenti Donald Tramp İranla qarşıdurmanın tezliklə həllinə nail olmaq niyyətində olduğunu açıqlayıb. Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb…