Bakıda 8 aylıq hamilə qadın həyatını itirdi

Bakının Qaradağ rayonunda hamilə qadın ölüb.

Hadisə bu gün saat 06 radələrində Şonqar qəsəbəsində yerləşən fərdi yaşayış evində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü N.Xəlilova hamiləliyinin səkkizinci ayında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.// Trend.az