Finlandiya Prezidenti Aleksander Stubb Avropanın Rusiya ilə danışıqları ABŞ-yə həvalə etməsini “məsuliyyətsiz addım” adlandırıb.
O, Avropanın Rusiya ilə danışıqları müstəqil şəkildə aparmalı olduğunu bildirib.
“Rusiya-Avropa qarşılıqlı əlaqələrini həddindən artıq uzun müddət ABŞ-yə həvalə etmişik, hesab edirəm ki, bu, məsuliyyətsizlikdir”, - Stubb Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində deyib.
Finlandiya Prezidenti Avropa ölkələrinin liderlərinin Rusiya Prezidenti Vladimir Putinə birbaşa müraciət etməli olduqlarını da vurğulayıb. Aleksandr Stubb Avropa liderlərini realist olmağa və Rusiyanın razılığı olmadan heç bir razılaşmanın əldə olunmayacağını anlamağa çağırıb.
Oktyabrın 27-də Finlandiya Prezidenti Aleksander Stubb və Norveç Baş naziri Yonas Qar Stere ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Liderlər Ukraynadakı vəziyyəti, Baltik dənizi və Şimali Avropada təhlükəsizlik məsələlərini müzakirə ediblər.