ABŞ-də təyyarə qəzasında 3 nəfər ölüb

ABŞ-nin Arizona ştatında, Qrand-Kanyon Milli Parkı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub.

Bu barədə Milli Parklar Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 16-da yerli vaxtla saat 10:15 radələrində parkın şimal hissəsi yaxınlığında təyyarənin qalıqları aşkarlanıb.

“Təyyarənin qalıqları Milli Parklar Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Qəzadan sağ çıxan olmayıb”, – açıqlamada qeyd olunub.

Məlumata görə, göyərtəsində üç nəfərin olduğu təyyarənin itkin düşməsi barədə daha əvvəl müvafiq qurumlara məlumat daxil olub.

Hadisənin səbəbləri və digər təfərrüatları hələlik açıqlanmayıb.