ABŞ Prezidenti Donald Tramp APEC sammitində Rusiya dövlət başçısı Vladimir Putinlə görüşmək niyyətində olduğunu bəyan edib.
Tramp sammit çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla da danışıqları mümkün hesab edib.
Qeyd edək ki, noyabrın 19-da Çinin Şençjen şəhərində Tramp və Putin arasında danışıqlar gözlənilir.
Eyni zamanda Tramp, Putin və Çin prezidenti Si Cinpinin də görüşəcəyi bildirilir.