Yeni seçim meyarları müasir texnologiyalar üzrə üstün səriştəli gənclərin layihədə daha geniş və səmərəli iştirakına şərait yaradır Bakı, 16 noyabr, AZƏRTACAzərbaycan Respublikası Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir. Bu mərhələdə Milli Müdafiə Universitetinin intellektual bölmələrinin əhatə dairəsi genişləndirilib və yüksək akademik nəticələrlə yanaşı, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, robototexnika, proqramlaşdırma və digər müasir texnoloji istiqamətlər üzrə peşəkar səriştələr də seçim prosesində nəzərə alınır. Eyni zamanda, çağırışçıların elektron müraciətlərinin qəbulu üçün portal istifadəyə verilib. Yeni yanaşmanın əsas məqsədi müasir müdafiə sisteminin artan texnoloji tələbləri fonunda xüsusi bilik və səriştələrə malik gənclərin potensialını aidiyyəti fəaliyyət istiqamətləri ilə uzlaşdırmaq və onların peşəkar imkanlarından daha məqsədyönlü istifadə etməkdir. Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.Bildirilib ki, intellektual bölmələr modeli çağırışçıların ixtisas profilini hərbi xidmətin real funksional ehtiyacları ilə uzlaşdırır. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik və digər əlaqəli mühəndislik sahələri üzrə üstün hazırlığa malik gənclərin müvafiq struktur bölmələrə cəlbi onların mövcud peşəkar kompetensiyalarını xidmət dövründə praktik dəyərə çevirir. Eyni zamanda, bu yanaşma həmin kateqoriyadan olan gənclərə hərbi xidmət dövründə ixtisas üzrə təcrübə qazanmaq, yeni kompetensiyalar formalaşdırmaq və peşəkar inkişaflarını davam etdirmək imkanı verir.Tətbiq olunan model xaricdə təhsil almış gənclər arasında hərbi xidmətə marağın artmasına, yerli ali təhsil müəssisələrinin tələbələri arasında isə yüksək akademik nəticələrə və peşəkar inkişafa yönələn sağlam rəqabət mühitinin formalaşmasına töhfə verir.Layihə çərçivəsində formalaşmış yaxşı təcrübə, o cümlədən informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və digər oxşar istiqamətlər üzrə yüksək hazırlıqlı mütəxəssislərə artan ehtiyac onun yeni mərhələyə keçidini şərtləndirir. Mövcud seçim meyarları saxlanılmaqla yeni peşəkar və texnoloji meyarların əlavə edilməsi xüsusi bilik, bacarıq və nailiyyətlərə malik çağırışçıların da intellektual bölmələr üzrə seçim dairəsinə daxil edilməsinə imkan yaradır.İntellektual bölmələrdə xidmətə aşağıdakı seçim meyarlarından ən azı birinə uyğun gələn çağırışçılar cəlb oluna bilərlər:• Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş ali təhsil müəssisələrinə qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə 600 və daha yüksək bal toplamış şəxslər;• Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmuş beynəlxalq və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə və yarışların qalibləri;• Əvvəlki təqvim ilinin nəticələrinə əsasən “Times Higher Education World University Rankings” və ya “Academic Ranking of World Universities” reytinqlərində ilk 500-də yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları;• “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” üzrə təsdiq edilmiş ali təhsil müəssisələri və təhsil proqramlarının məzunları (təhsilin Dövlət Proqramı və ya şəxsi vəsait hesabına maliyyələşdirilməsindən asılı olmayaraq);• İnformasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində “Advanced” və ya “Expert” səviyyəli nüfuzlu beynəlxalq sertifikatlardan birinə malik şəxslər (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib);• Robototexnika, insansız sistemlər, süni intellekt, kibertəhlükəsizlik və digər texnoloji istiqamətlər üzrə ölkə və beynəlxalq səviyyəli olimpiada, yarış və müsabiqələrin qalibləri (müvafiq siyahı portalın “Sənədlər” bölməsində yerləşdirilib).Müdafiə Nazirliyinin tabeliyində müddətli həqiqi hərbi xidmət keçəcək və müəyyənləşdirilmiş seçim meyarlarına uyğun gələn çağırışçılar və ya onların ailə üzvləri Milli Müdafiə Universitetinin rəsmi internet saytının (mmu.edu.az) “İntellektual bölmələr” hissəsi vasitəsilə elektron müraciət edə bilərlər.Vətəndaşlar ətraflı məlumatı müvafiq portalın “Sənədlər” bölməsindən əldə edə, zərurət yarandığı təqdirdə Milli Müdafiə Universitetinin Çağrı Mərkəzi - *0811 (iş günləri saat 09:00-dan 17:30-dək) ilə əlaqə saxlaya bilərlər.
Bu gün
3192 xəbər bu gün
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Krallığın xarici işlər, birlik və inkişaf məsələləri üzrə dövlət katibi Ed Milibənd arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyindən…
Latviya hökuməti Rusiya və Belarus taxılının ölkə ərazisindən tranzitinə qadağa qoyulması məsələsini nəzərdən keçirir. Bu barədə yerli media Latviya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Bildirilib ki, qərar…
Bu günə qədər Naxçıvan Muxtar Respublikasında 13 min 427,7 hektar sahədə dən üçün payızlıq taxıl səpini həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 91,9 % çoxdur. Prezidentin Naxçıvandakı Səlahiyyətli…
Bakı, 16 noyabr, AZƏRTAC Tbilisidə I Gürcüstan-Azərbaycan Rektorlar Konfransı çərçivəsində Bakı Dövlət Universiteti (BDU) Gürcüstanın bir sıra aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq haqında memorandumlar…
Bakı, 16 noyabr, AZƏRTAC Böyük Britaniyanın nüfuzlu beynəlxalq musiqi imtahan və qiymətləndirmə təşkilatı olan ABRSM-in (The Associated Board of the Royal Schools of Music – Kral Musiqi Məktəblərinin Birləşmiş İmtahan…
Bakı, 16 noyabr, AZƏRTAC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Gəlirlər və Gömrük Xidməti (HMRC) arasında transfer qiymətləri sahəsində…
Bakı, 16 noyabr, AZƏRTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrini əhatə edən Valideyn konfransları başa çatıb. İdarədən AZƏRTAC-a bildirilib ki, Məktəbəqədər və Ümumi…
Astana, 16 noyabr, AZƏRTAC Uzunluğu 303 kilometr olan Baxtı–Ayaqoz dəmir yolu xəttinin tikintisinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.AZƏRTAC Qazaxıstanın Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki…
Bakı, 16 noyabr, AZƏRTAC Azərbaycan Respublikasının Milli Məclisində 2027-ci ilin dövlət və icmal büdcələrinin müzakirəsi davam edir. Parlamentin plenar iclaslarında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi…
Bakı, 16 noyabr, AZƏRTAC “Avropa Siyasi Birliyi”nin (ASB) Dublin sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun genişləndirilməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsi, eləcə də…
Bakı, 16 noyabr, AZƏRTAC Bolqarıstanın Qara dənizdəki iqtisadi zonasında Somali bayrağı altında üzən yük gəmisinin batması nəticəsində 12 heyət üzvünün hamısı xilas edilib. Onlardan 4-ü Azərbaycan, 8-i isə Türkiyə…
Bakı, 16 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Dublin Sammitində iştirakı Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində əldə etdiyi yeni siyasi statusun, artan diplomatik…
Cənab Prezident, Müzəffər Ali Baş Komandan! Azərbaycan radiosunun yaranmasının 100 illiyi, …
Hörmətli cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi, televiziya və radio …
Hörmətli cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və teleradio işçilərinin …
Möhtərəm cənab Prezident! Azərbaycan radiosunun 100 illik yubileyi və Azərbaycan televiziya …
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv seçilib. Ölkə, həmçinin, təşkilatın Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanıb. Bu barədə Yenicag.az-a Xarici İşlər Nazirliyindən…
Avropa İttifaqı Rusiyanın bir neçə neft emalı zavoduna qarşı məhdudiyyətlər də daxil olmaqla, daha bir sanksiya tətbiq edib. Müvafiq məlumat Aİ-nin onlayn jurnalında dərc edilib. Beləliklə,…
“İranın Ermənistandakı səfiri unutmamalıdır ki, qonşuluq münasibətlərindən, tarixi və mədəni əlaqələrdən danışırsa, ilk növbədə obyektivlik nümayiş etdirməlidir”. Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı…
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparıb. Yenicag.az APA-nın Tehran bürosunun məlumatına görə, Əraqçi ilə Lavrov regionda və dünyada sülhlə…
Gələn ildən etibarən “Vergi Məcəlləsində” bir sıra dəyişikliklər nəzərdə tutulub. Bu ilin son günü, həmçinin bir sıra güzəştlərin müddəti başa çatır”. Bunu deputat Vüqar Bayramov bildirib. O…
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc Azərbaycanda dünyanın 100 ən böyük korporasiyasının fəaliyyət göstərməsi üçün hökumətə ayrıca proqram hazırlamağı təklif edib. Redaktor.az xəbər…
İngiltərə millisinin və “Real Madrid” komandasının futbolçusu Cud Bellinqem İspaniya yığması ilə keçirilən oyunda məhsuldar ötürmə ilə yadda qalıb. Bununla 2026-cı ildəki assistlərinin sayını...
Argentinada 18 yaşlı futbolçunun ölümü ölkə idman ictimaiyyətində böyük kədərə səbəb olub. Xarici mediaya istinadən, Futbol Club Ezeiza klubunun aşağı yaş qruplarında çıxış edən Abel Nunez...
Azərbaycanın qeyri-neft-qaz ixracında artım davam edir. Yerli məhsulların xarici bazarlara satışından əldə olunan gəlirlər yüksəlir, ixracın tərkibində sənaye və emal məhsullarının çəkisi artır. Bununla belə, qarşıda…
Hindistanda 8 yaşlı qızın ritual məqsədilə qətlə yetirilməsində şübhəli bilinən üç nəfər saxlanılıb. Hadisə ölkənin Carkhand ştatında baş verib. Məktəbli qız noyabrın 8-də Çatti-Anantapur kəndində itkin düşüb. Anası onu…
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv seçilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, noyabrın 16-da Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının…
Braziliya Prezidenti Luis İnasio Lula da Silva dördüncü prezidentlik müddətində Nobel Sülh Mükafatına layiq görüləcəyinə ümid edir. Bu barədə “Estadao” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Lula da Silva aclıq və…
Türkiyənin məşhur “Kurtlar Vadisi” serialının tanınmış aktyorları illər sonra “Cerrahpaşalılar” adlı bədii filmdə bir araya gəliblər. Filmdə İstanbulun köklü kabadayı ailələri ilə yeni nəsil mafiya arasında hakimiyyət…
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv seçilib. Ölkə, həmçinin, təşkilatın Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanıb. Bu barədə Xarici İşlər Nazirliyinin və Rəqəmsal…
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında Dünya çempionatında Azərbaycan gimnastı Ammar Baxşalıyev tarixi nailiyyətə imza atıb. Fərdi proqramda mübarizə aparan təmsilçimiz təsnifat…
Müdafiə Nazirliyində yüksək intellektual potensiala malik gənclərin bilik və bacarıqlarından hərbi xidmət dövründə səmərəli istifadə olunması məqsədilə həyata keçirilən layihə yeni peşəkar inkişaf mərhələsinə keçir. Bu…
Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri və yeni kadr təyinatları olub. Ölkə.az-a istinadla, bununla bağlı icra başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb. Əmrə əsasən, qurumun İctimai-siyasi, Humanitar…
16 noyabr tarixində Doha şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası BTİ-nin Şurasının 2027-2030-cu illər üzrə üzvlüyünə…
Britaniyanın nüfuzlu musiqi imtahanları təşkilatının nümayəndəsi Bakının beş musiqi və incəsənət məktəbində olub, müəllim və şagirdlər üçün beynəlxalq qiymətləndirmə imkanlarını təqdim edib. Azərbaycanın musiqi və…
İraq və İordaniyada “Telegram” messencerinə giriş bloklanıb.Bu barədə xarici media xəbər verir. İraq hökuməti messencerə qayda pozuntularını aradan qaldırması üçün 30 gün vaxt verib. İraq hökumətinin Mətbuat Xidmətinin…
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv seçilib. Ölkə, həmçinin, təşkilatın Radio Tənzimləmə Komitəsində təmsil olunmaq hüququ qazanıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib…
Qərbi Azərbaycan icmasının Xəzər rayonu üzrə nümayəndəsi Alı Alıyev "AzərEnerji"dən şikayətçidi. "Football-plus.az" Alı bəyin redaksiyamıza verdiyi məlumatı olduğu kimi diqqətinizə çatdırır: "Əvvəlki illərdə olduğu kimi…
Reuters mənbələrə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Ukraynadan bezib və bu da Rusiya nümayəndələrinin potensial olaraq Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) rəhbərlik etməsinə gətirib…
Bank sizə köhnə kredit borcunuza görə kiçik məbləğdə ödəniş etməyi və bunun qarşılığında ödəniş qrafikini dəyişməyi təklif edir?Bu addımı atmağa tələsməyin!Bunu Oxu24.com-a açıqlamasında vəkil Azər İbrahimov…
Fransa prezidentliyinə namizəd Nikolas Düpon-Eynyan Avropa diplomatiyasının rəhbəri Kaya Kallası tənqid edib. O, siyasi fikirlərini TVL-də yayımlanan "Samedi Politique" verilişində bölüşüb.Ekspertin sözlərinə görə…
"Pensiyalarda 2026-cı ildə nəzərdə tutulan ikinci artım pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il əlavə altı illik iş stajını tamamlayan vətəndaşlara şamil olunacaq".Bunu Oxu24.com-a…
Andrey Tarkovski deyirdi ki, sənətin missiyası insanı ölümə hazırlamaqdı. Bu, sənətin boyununa yüklənən dini öhdəlikdir. Sənətə “dinin instrumental alt qatı” kimi baxmaqdır. Sənət insanı ölümə hazırlayacaqsa, onda din nə…
Bakıda yollarda olan vəziyyət açıqlanıb. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.Hazırda:1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;2. Mikayıl Müşfiq küçəsi, "Badamdar"…
Müğənni Aysun İsmayılova səhhəti ilə bağlı yaşadığı narahatlıqdan danışıb. Sənətçi "1001 şou" proqramında şəkər göstəricisi ilə bağlı müxtəlif vaxtlarda fərqli nəticələr aldığını açıqlayıb. O bildirib ki, əvvəlki…
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi Gülben Ergen Bakıda konsert proqramı ilə çıxış edib. Səhnəyə çıxmazdan əvvəl vaxtını paytaxtda keçirən sənətçi şəhərin mərkəzi küçələrində görüntülənib. Onun Bakı…
Rusiya Prezidenti Vladimir Putinin “ideoloji müəllimi” kimi tanınan rusiyalı ideoloq Aleksandr Duqin ABŞ, Rusiya və Çin liderlərinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilməsi gözlənilən ilk üçtərəfli sammitini…
Bakıda yollarda olan vəziyyət açıqlanıb