Azərbaycan xarici bazarlardan necə qazanır və əsas risklər nələrdir? - Təhlil

Azərbaycanın qeyri-neft-qaz ixracında artım davam edir. Yerli məhsulların xarici bazarlara satışından əldə olunan gəlirlər yüksəlir, ixracın tərkibində sənaye və emal məhsullarının çəkisi artır. Bununla belə, qarşıda duran əsas vəzifə yalnız xaricə satışın həcmini böyütmək deyil, həm də daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalını genişləndirmək, yeni bazarlara çıxmaq və qlobal ticarətdə ayrı-ayrı ölkələrdən asılılığı azaltmaqdır.