Gülben Ergen Bakı küçələrində görüntüləndi

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi Gülben Ergen Bakıda konsert proqramı ilə çıxış edib.

Səhnəyə çıxmazdan əvvəl vaxtını paytaxtda keçirən sənətçi şəhərin mərkəzi küçələrində görüntülənib. Onun Bakı gəzintisi zamanı lentə alınan kadrları sosial şəbəkələrdə paylaşılıb.

Müğənninin konsert öncəsi paytaxt küçələrində görünməsi izləyicilərin marağına səbəb olub.