İraq və İordaniyada “Telegram” messencerinə giriş bloklanıb.Bu barədə xarici media xəbər verir.
İraq hökuməti messencerə qayda pozuntularını aradan qaldırması üçün 30 gün vaxt verib.
İraq hökumətinin Mətbuat Xidmətinin məlumatına görə, “Telegram” qanunvericiliyin tələblərinə əməl etmir və qaydaları pozan məzmunların silinməsi ilə bağlı tələb olunan tədbirləri görməyib.
İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi isə “Telegram”ın ölkənin milli təhlükəsizliyinə təhdid yaratdığını bildirərək messencerə girişi məhdudlaşdırıb.
Qeyd olunub ki, İordaniya rəsmiləri “Telegram”ın ekstremizmin və fundamentalizmin yayılması, həmçinin milli təhlükəsizliyə təhdid yaradan kibercinayətlərin törədilməsi üçün platforma rolunu oynadığını hesab edir.