Naxçıvan, 16 noyabr, AZƏRTAC Noyabrın 14-15-də Bakı şəhərindəki Sərhədçi İdman Mərkəzində kunq-fu idman növü üzrə XXXII Azərbaycan çempionatı və birinciliyi keçirilib.Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, ölkənin müxtəlif bölgələrini təmsil edən 65 klubdan olan 450-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparıb.Naxçıvanda fəaliyyət göstərəm “Levent Bulut Fight Club” Akademiyasının idmançısı Turan Abbasov birincilikdə uğurla çıxış edib. 2015-ci il təvəllüdlülər arasında 36 kiloqram çəki dərəcəsində mübarizə aparan T.Abbasov yarışın qızıl medalına sahib çıxmaqla ölkə birincisi olub. Müxbir- Nail Əsgərov