"H&M", "Zara" və "Primark" istehsal böhranı ilə üz-üzə

"H&M" və "Zara" kimi dünyaca məşhur geyim brendləri Banqladeşdə tikiş fabrikalarının işçilərinin kütləvi tətili səbəbindən məhsul çatışmazlığı ilə üzləşə bilər.

Bu barədə “BBC” məlumat yayıb.

Bildirilib ki, ölkənin əsas tikişçilik bölgəsində onlarla fabrik işçilərin tətili səbəbindən fəaliyyətini dayandırıb. İşçilər əməkhaqqının qaldırılmasını tələb edirlər.

Noyabrın 15-də etirazçılar Qazipur şəhərində kütləvi etirazlar təşkil edib, hüquq-mühafizə orqanları hadisəyə müdaxilə edib.

Qeyd edək ki, Banqladeşdə "H&M", "Primark" və "Zara" da daxil olmaqla, dünyanın aparıcı geyim brendləri üçün məhsul istehsal edən təxminən 4 milyon insan çalışır.