İsraildə müxalifət güclənir: Liberman mühüm vəzifəyə təyin edildi

İsrail parlamentinin (Knesset) Xarici İşlər və Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə müxalifət liderlərindən biri, keçmiş müdafiə naziri Aviqdor Liberman təyin olunub.

Bu barədə “Yedioth Ahronoth” nəşri məlumat yayıb.

Bildirilib ki, təyinatdan dərhal sonra hərəkətə keçən Liberman Baş Qərargah rəisini, “Mossad” və Şin-Bet rəhbərlərini, eləcə də polis rəisini təcili iclasa çağırıb. O, Netanyahu hökumətinin seçkilərlə bağlı saxta məlumatlar yayaraq “Ərəblər seçkini oğurladı” təbliğatı aparmaq məqsədilə plan qurduğu barədə iddiaların araşdırılacağını bildirib.

Liberman kəşfiyyat və müdafiə büdcəsi üzrə xüsusi komissiyaların yaradılmasının vacibliyini də qeyd edib.