“Kişmiş”də yanğın olub

Bakıda restoranda yanğın söndürülüb

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, yanğın "Kişmiş" restoranında qeydə alınıb.