Bakının Atatürk prospektində restoran yandı - VİDEO-YENİLƏNİB

Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

Bakıda yanan obyetin restoran olduğu məlum olub.

Yanan obyekt "Kişmiş" restoranıdır.

Görüntüləri təqdim edirik.

***

saat 15:19

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Atatürk prospektində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsi istiqamətində zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.