Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb.
Görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq məlumatın doğru olmadığı bildirilib.
Qeyd edilib ki, sözügedən avtomobil TƏBİB-ə deyil, özəl xəstəxanalardan birinə məxsusdur.