Azərbaycanda minimum əməkhaqqının nə qədər artacağı ilə bağlı müzakirələr yekunlaşmaq üzrədir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, minimum əməkhaqqının 100 manat ətrafında artırılması proqnozlaşdırılır.
Hazırda minimum əməkhaqqı 400 manatdır. Əgər minimum əməkhaqqı 100 manat artırılarsa, yeni ildən ən az maaş 500 manat olacaq.