Xameneidən Putinə xüsusi mesaj göndərilib

İranın ali rəhbəri Müctəba Xameneinin Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi mesaj xüsusi əhəmiyyət daşıyır.

Bunu İranın Moskvadakı səfiri Kazım Cəlali TASS-a açıqlamasında bildirib.

Diplomatın sözlərinə görə, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayinin Moskvaya səfərinin əsas məqsədi ali rəhbərin Putinə rəsmi və xüsusi mesajını çatdırmaq olub.

“Bu, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsini və ali rəhbərlik səviyyəsində məsləhətləşmələrin davam etdiyini göstərir”, – səfir vurğulayıb.

Cəlali bildirib ki, səfər Tehranla Moskva arasında strateji tərəfdaşlıq və davamlı siyasi məsləhətləşmələr çərçivəsində baş tutub.

Onun sözlərinə görə, dünyada və regionda baş verən dəyişikliklər fonunda hər iki ölkə koordinasiyanın gücləndirilməsinə və daha sıx əməkdaşlığa ehtiyac duyur.

Səfir əlavə edib ki, bu səfər İran və Rusiyanın siyasi və iqtisadi sahələrdə strateji əməkdaşlığı dərinləşdirmək əzmini nümayiş etdirir.

Qeyd edək ki, noyabrın 5-də Vladimir Putin Moskvada səfərdə olan Möhsün Rzayini Kremldə qəbul edib.