İran ABŞ-nin Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi ENDİRDİ

Bəhreynin hava hücumundan müdafiə sistemləri bazar günü İrandan buraxılan pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirərək məhv edib.

Bu barədə Bəhreynin Dövlət Televiziyası ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, hava hücumundan müdafiə sistemləri İran PUA-larını nəzərdə tutulan hədəflərə çatmadan vurub.

Açıqlamada Tehran “məkrli hücumları vasitəsilə sistemli düşmənçilik siyasətini davam etdirməkdə” ittiham edilib.