Putin Ukrayna və NATO-ya köhnə ultimatumlar irəli sürdü - Keml indi nə istəyir?

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı sülh danışıqları çərçivəsində NATO-ya və Kiyevə əvvəlki tələblərini yenidən irəli sürüb. Kreml NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğunun məhdudlaşdırılmasını, Ukraynanın Alyansa üzvlüyünə qadağa qoyulmasını və Ukrayna ordusunun sayının azaldılmasını tələb edir.

“Washington Post” qəzetinin danışıqlar üçün hazırlanmış Rusiya tələbləri sənədinə istinadən yaydığı məlumata görə, Moskva NATO-nun hərbi mövcudluğunun 1997-ci il səviyyəsinə qaytarılmasını istəyir. Bu, həmin tarixdən sonra Alyansa qoşulan ölkələrdə NATO qoşunlarının və silahlarının yerləşdirilməsinin məhdudlaşdırılması deməkdir.

Rusiya həmçinin Ukraynaya Qərbin hərbi yardımının dayandırılmasını, ölkə ərazisində xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulmasını və Kiyevin NATO-ya üzvlükdən imtina etməsini tələb edir.

Ukrayna Prezidenti Volodimir Zelenski isə bildirib ki, ABŞ tərəfi ilk dəfə Ukrayna qoşunlarının Donbasdan çıxarılması müqabilində ölkənin NATO-ya üzvlüyü məsələsini gündəmə gətirib.

Qəzetin məlumatına görə, Moskvanın tələbləri yalnız Ukrayna ilə müharibənin başa çatmasını deyil, Avropanın bütövlükdə təhlükəsizlik arxitekturasının yenidən qurulmasını nəzərdə tutur. Rusiya oxşar tələbləri 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində də irəli sürmüşdü.