Bakı, 15 noyabr, AZƏRTAC “The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, adları açıqlanmayan ABŞ rəsmiləri ölkədəki kəşfiyyat qiymətləndirmələri ilə bağlı şərh veriblər.AZƏRTAC həmin qəzetin veb-saytına istinadla xəbər verir ki, amerikalı rəsmilər kəşfiyyat məlumatlarının İranın 1500 ilə 2500 arasında raketə sahib olduğunu göstərdiyini iddia ediblər. Lakin İran raket ehtiyatlarının dəqiq sayını müəyyənləşdirməkdə çətinlik çəkdiyinə görə bu qiymətləndirmənin tam dəqiq olmadığını bildiriblər. Rəsmilər müharibəyə baxmayaraq, İranın hələ də böyük silah ehtiyatına sahib olduğunu, ABŞ və İsrail hücumlarından istehsal müəssisələrinə dəyən ziyana rəğmən Tehranın yavaş-yavaş olsa da, silah istehsal etməyə davam etdiyini iddia ediblər.Onlar, həmçinin Tehranın çox sayda dron və qısamənzilli raketə sahib olduğunu, habelə İranın silah imkanlarını bərpa etməsinin Prezident Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyasını ölkəyə hücumları yenidən nəzərdən keçirməyə vadar etdiyini qeyd ediblər.Adları açıqlanmayan ABŞ rəsmiləri İranın ABŞ hərbi obyektlərinə, radarlarına və erkən xəbərdarlıq sistemlərinə hücumları səbəbindən Amerikanın hərbi aktivlərini daha təhlükəsiz hesab etdiyi İsrailə köçürdüyünü bildiriblər.