Türk serialları daha uzun olmayacaq

Türkiyədə serialların efir müddətinin qısaldılması ilə bağlı ortaq qərar gözlənilir.

Reklam böhranının dərinləşməsindən sonra televiziya kanalları serialların büdcəsini azaltmaq üçün hərəkətə keçib. Bu məqsədlə prodüser şirkətlərindən qiymətləri aşağı salmaq tələb olunub.

Prodüser şirkətləri isə 140 dəqiqəlik serialların müddətinin 110 dəqiqəyə endirilməsini təklif edib. Bununla da beşinci reklam fasiləsinə və əlavə çəkiliş heyətinin cəlb olunmasına ehtiyac qalmayacağı bildirilib. Lakin məsələ ilə bağlı hələlik yekun qərar verilməyib.

Digər tərəfdən, kanallarının nümayəndələri və prodüserlər Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyla Sultanahmetdə görüşüblər. Tərəflər yaşanan böhranın həlli yollarını müzakirə ediblər.