Aleks Qrimaldo xəstəlik səbəbindən İspaniya millisindən ayrılıb

"Atletiko"nun müdafiəçisi Aleks Qrimaldo səhhətində yaranan problemə görə İspaniya yığmasının düşərgəsini tərk edib.

Bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçunun hərarəti yüksəldiyi üçün o, Millətlər Liqasında İngiltərəyə qarşı keçiriləcək oyundan əvvəlki son məşqi buraxıb. Bundan öncə seçmə komandanın baş məşqçisi Luis de la Fuente Qrimaldonun gecə özünü pis hiss etdiyini və hazırlıq prosesinə qoşula bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, 5 görüşdə 15 xal toplayan ispanlar Millətlər Liqasının A Liqasının 3-cü qrupuna başçılıq edirlər. İngiltərə ilə qarşılaşma bu gün, noyabrın 15-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.