İranda ağır qəza: 5 ölü, 17 yaralı...

İranın İlam vilayətinin Dəşt-Abbas-Mormuri avtomobil yolunda işçiləri daşıyan avtobus aşıb.

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 5 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Qəzanın səbəbi araşdırılır.