Almaniya Federativ Respublikasının (AFR) Brül şəhərindəki "Phantasialand" əyləncə parkında "Ling Bao" hotelinin 15 ziyarətçisi hovuzda xlordan zəhərlənib.
WDR telekanalına istinadən, sistemdəki nasazlıq səbəbindən xlorun konsentrasiyası artıb, "Microsoft Outlook"un işindəki nasazlıq fəsadları daha da ağırlaşdırıb, çünki bu səbəbdən administrasiya problem barədə xəbərdarlıq almayıb.
Qeyd olunub ki, ziyarətçilər səhhətlərinin pisləşməsindən, o cümlədən tənəffüs yollarının qıcıqlanmasından şikayətləniblər. Hadisə yerinə təcili xidmətlər və yanğınsöndürənlər gəlib. Zərərçəkənlərdən dördü xəstəxanaya yerləşdirilib.
Nasazlıq aşkar edildikdən sonra hovuz müvəqqəti bağlanıb və suyu dəyişdirilib, daha sonra ziyarətçilər üçün yenidən açılıb.