Makronun istefasını istədilər: Fransada etirazların beşinci dalğası

Fransada kütləvi etirazların beşinci dalğası başlayıb.

Bu barədə "Le Figaro" məlumat yayıb.

Fransada yaşayış xərclərinin artması, aşağı əməkhaqqı və təhsil sahəsindəki problemlərlə əlaqədar minlərlə insan yenidən küçələrə çıxıb. Etirazçıların bir qismi ölkə prezidenti Emmanuel Makronun istefasını tələb edir.

Aksiyalar Paris, Bordo, Marsel və digər şəhərlərdə keçirilir. Paytaxtda etirazlarda 60 minədək insanın iştirak edəcəyi gözlənilir. İctimai asayişin qorunması üçün ölkə üzrə təxminən 70 min polis və jandarm əməkdaşının səfərbər edilməsi qərara alınıb.

Nəşrin Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq 120-dən çox şəxs saxlanılıb.