Naxçıvan şəhərində 36 yaşlı kişi sirkə turşusu içərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü İlqar Süleyman oğlu Bayramov sirkə turşusu qəbul edib. O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda vəziyyətinin ağır olduğu bildirilir.
İlkin məlumata görə, İlqar Bayramov bu gün yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən Hüseynəli Vidadi oğlu Hüseynəliyevin bibisi oğludur. O, dəfn mərasimindən sonra evə gedərək sirkə turşusu içib.
Faktla bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılır.