Devid Bekhemlə bağlı qərar verildi

İngiltərə millisinin sabiq futbolçusu, “Los-Anceles Qalaksi”nin keçmiş yarımmüdafiəçisi və “İnter Mayami” klubunun həmtəsisçisi Devid Bekhem ABŞ Milli Futbol Şöhrət Zalına daxil ediləcək.

MLS-in mətbuat xidmətinə istinadən, 51 yaşlı Bekhem veteranlar kateqoriyasında təltif olunacaq.

Mərasim 16 aprel 2027-ci ildə Dallas şəhərində, “Dallas Mavericks” basketbol komandasının ev arenasında keçiriləcək.

Bekhemlə yanaşı, ABŞ millisinin sabiq hücumçusu Jozi Altidor, ikiqat dünya çempionu Culi Erts və Meqan Rapino da Şöhrət Zalına daxil ediləcəklər. Veteranlar kateqoriyasında braziliyalı Tatu, futbol xadimləri kateqoriyasında isə ABŞ millisinin sabiq baş məşqçisi Lotar Osiander də təltif olunacaq.

Qeyd

Devid Bekhemlə bağlı qərar verildi