Portuqaliya millisi Kriştiano Ronaldonun gedişindən sonra 7 nömrəli formanın dizaynını yeniləyib.
Komanda bununla bağlı sosial şəbəkədə paylaşım edib. Yığmanın rəsmi “X” hesabında yeni forma təqdim olunaraq bu sözlər yazılıb:
“Yeni 7 nömrəni təqdim etməyin vaxtıdır. Çünki əbədi qalacaq bir 7 nömrə var”.
Qeyd edək ki, Ronaldo Portuqaliya millisində debütünü 2003-cü il avqustun 20-də Qazaxıstanla yoldaşlıq görüşündə edib. O, yığmanın heyətində 234 oyun keçirib, 146 qol vurub və 45 məhsuldar ötürmə verib. Hücumçu 2016-cı ildə Avropa çempionu, 2018/2019 və 2024/2025 mövsümlərində isə Millətlər Liqasının qalibi olub.