Lavrov və BƏƏ XİN rəhbəri Fars körfəzindəki vəziyyəti müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov Əbu-Dabiyə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhəyanla görüşərək regional vəziyyəti və ikitərəfli münasibətləri müzakirə edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Görüş zamanı tərəflər Rusiya ilə BƏƏ arasında strateji tərəfdaşlıq xarakteri daşıyan ənənəvi dostluq münasibətlərinin inkişaf istiqamətlərini nəzərdən keçiriblər.

Nazirlikdən qeyd olunub ki, qlobal və regional gündəmin əsas məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu kontekstdə Fars körfəzi bölgəsində davam edən gərginliyin müzakirəsinə xüsusi diqqət yetirilib.