Rusiya, Çin və ABŞ liderləri Vladimir Putin, Si Cinpin ilə Donald Trampın görüşü noyabrın 19-da Şençjendə keçiriləcək.
Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.
O, bu barədə razılığın əldə olunduğunu şənbə günü jurnalistlərə açıqlayıb.
"Bu görüş Şençjendə APEC sammiti çərçivəsində keçiriləcək", - Peskov dəqiqləşdirib.