Rafinya karyerasını nə vaxt bitirəcəyini açıqladı

La liqa klublarından “Barselona”nın hücumçusu Rafinya Dias fiziki vəziyyətinə ciddi yanaşdığını bildirib.

29 yaşlı futbolçu bu barədə “Barca Universal”a açıqlamasında danışıb:

“Bədənim imkan verdiyi müddətdə əlimdən gələnin ən yaxşısını edəcəm. Fiziki cəhətdən artıq yüksək səviyyədə çıxış edə bilməyəcəyimi anladığım zaman karyeramı bitirmək qərarını ilk özüm verəcəm. Özümə qarşı çox tələbkaram”.

Rafinya cari mövsümdə bütün turnirlərdə 14 oyunda meydana çıxıb, 19 qol vurub və 3 məhsuldar ötürmə edib.

“Barselona” İspaniya La Liqasında növbəti matçını noyabrın 22-də, “Vilyarreal”a qarşı keçirəcək. Komanda üç gün sonra isə UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda Bakıda “Sabah”ın qonağı olacaq.