Müğənni Xuraman Şuşalı plastik əməliyyat etdirib.
Sənətçi bu barədə özü məlumat yayıb. O, bir neçə gün əvvəl əməliyyat olunduğunu bildirib.
Xatırladaq ki, ifaçı ötən il 42 yaşında olduğunu, botoks belə etdirmədiyini və plastik əməliyyata ehtiyac duymadığını açıqlamışdı.
Həmin sözlərini xatırladan Xuraman bu dəfə “Heç vaxt heç vaxt demə” ifadəsini yazıb.
Müğənni hansı plastik əməliyyatı etdirdiyini açıqlamayıb. O, nəticənin yaxşı olduğunu və yaxın günlərdə bu barədə ətraflı məlumat verəcəyini bildirib.