Gələn ilin büdcəsində ehtiyat fondlarına ayrılan vəsat açıqlanıb

2027-ci ilin dövlət büdcəsinin layihəsində, ehtiyat fondları üçün 410 mln. manat vəsait nəzərdə tutulub.

Bu barədə Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilib.

Qeyd edilib ki, göstərilən rəqəm 2026-cı ildə olduğu kimidir.

Həmin məbləğin 300 mln. manatı və ya 73,2%-i Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu, 110 mln. manatı və ya 26,8%-i isə Dövlət büdcəsinin Ehtiyat Fondu üzrə nəzərdə tutulub.

Növbəti ildə hər iki fondun xərcləri cari ilin təsdiq edilmiş proqnozu ilə eyni səviyyədə saxlanılıb.