Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi Tehrana qarşı texniki və hüquqi cəhətdən əsassız qətnamələrə əsaslanır.
Bu barədə "Al Jazeera" İranın Vyanadakı (Avstriya) Daimi Nümayəndəliyinin bəyanatına istinadən məlumat yayıb.
İran tərəfi iddia edir ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə endirdiyi zərbələr baza təhlükəsizlik şərtlərini dağıdıb və bu səbəbdən AEBA-nın müntəzəm yoxlamalarının aparılması qeyri-mümkün olub.
Nümayəndəlik yoxlamaların bərpası zamanı Tehranın təhlükəsizliklə bağlı narahatlıqlarının nəzərə alınmasının vacibliyini vurğulayıb.
"Normal şəraitdən kənar vəziyyətdə təminat tədbirlərinin adi qaydada tətbiqini bərpa etmək mümkün deyil", - bəyanatda bildirilib.
İran tərəfi AEBA-nın Rəhbərlər Şurasını diqqəti böhranın köklü səbəblərini aradan qaldırmağa cəmləməyə çağırıb.
Bəyanat AEBA-nın İranın nüvə proqramına nəzarət etmək üçün inspektorların obyektlərə girişinin bərpa olunmasına çağıran hesabatının yayılmasından sonra verilib.