Rüsvayçı məğlubiyyət onu işsizə çevirdi

Yannik Kayuzak gözlənilən aqibətdən qaça bilməyib.

“Lans” rəhbərliyi onu baş məşqçi vəzifəsindən azad edib. 41 yaşlı mütəxəssis komandaya sentyabrdan başçılıq edirdi. “Lans” onun rəhbərliyi altında bütün turnirlərdə 9 oyun keçirib, 3 qələbə qazanıb və 6 dəfə məğlub olub.

Kayuzakın komandadan ayrılmasına əsas səbəb isə Çempionlar Liqasında evdə “Komo”ya 1:9 hesabı ilə uduzması olub. Bu nəticə Fransa klubunun tarixinə avrokuboklarda evdə aldığı ən böyükhesablı məğlubiyyət kimi düşüb.

“Lans” indi Fransa Liqa 1-də 10 turdan sonra 13 xalla 11-ci yeri tutur.