SpaceX Starship-in 15-ci sınaq uçuşunu həyata keçirib

Amerikanın "SpaceX" şirkəti "Starship" kosmik sisteminin növbəti sınaq uçuşunu həyata keçirib.

Şirkət uçuş zamanı ilk dəfə sistemin ikinci pilləsini tutmağı, həmçinin 26 ədəd "Starlink V3" peykini orbitə çıxarmağı planlaşdırır.

Raket noyabrın 13-də ABŞ-nin şərq sahili vaxtı ilə saat 17:48-də (Bakı vaxtı ilə noyabrın 14-də saat 02:48-də) Texas ştatındakı Starbase kosmodromundan havaya qalxıb. Uçuş SpaceX-in "X" sosial şəbəkəsindəki səhifəsində canlı yayımlanıb.

Şirkət daha əvvəl yalnız "Super Heavy" daşıyıcı raketinin birinci pilləsini idarə olunan şəkildə tutmağa nail olub. Starship kosmik gəmisi isə əvvəlki sınaqlarda suya enib.