"Arsenal"ın yarımmüdafiəçisi Maks Daumen İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinin tarixində ən gənc oyunçu olub.
16 yaşlı futbolçu Portuqaliya U-21 komandası ilə yoldaşlıq görüşündə debüt edib.
O, meydana 16 yaş 10 ay 13 günlük olarkən çıxıb. Qarşılaşma İngiltərə millisinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Beləliklə, Maks Daumen İspaniyanın "Real" klubunun yarımmüdafiəçisi Cud Bellinqemin rekordunu yeniləyib. Bellinqem İngiltərə U-21 millisində debütünü 17 yaş 2 ay 6 günlük olarkən etmişdi.