Mətin Eynullayev onunla bağlı əmr imzaladı - Tərlan Əliyev kimdir? - DOSYE…

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub.

O, 2025-ci ilin fevralından 2026-cı ilin noyabrınadək həmin qurumda aparıcı məsləhətçi vəzifəsini tutub.

Tərlan Əliyev bundan əvvəl, 2023-cü ilin iyulundan 2025-ci ilin fevralınadək Dövlət Məşğulluq Agentliyində aparıcı mütəxəssis kimi fəaliyyət göstərib.

O, 2019-cu ilin fevralından 2020-ci ilin mayınadək Çexiyada yerləşən “Infosys” şirkətində proseslər üzrə icraçı (Process Executive) vəzifəsində çalışıb. Həmin dövrdə şirkətin “Apple Maps” layihəsində iştirak edib və əsasən Azərbaycan və Türkiyə üzrə müştəri müraciətlərinin emalı ilə məşğul olub.