Bakı, 14 noyabr, AZƏRTAC “İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib. Nəşrlər Mədəniyyət Nazirliyinin və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbirdə çıxış edən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova il ərzində ərsəyə gətirilən nəşrlərin əhəmiyyətindən danışıb. O, Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq auditoriyaya tanıdılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, şirkətin bu kimi təşəbbüslərdə tərəfdaşlığı milli-mədəni irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə töhfə vermək məqsədi daşıyır.“İRS” jurnalının baş redaktoru Musa Mərcanlı çıxışında nəşriyyatın beynəlxalq fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. O bildirib ki, “İRS” uzun illərdir “Azərbaycan. Dünya İrsi” devizi altında ölkəmizin tarixini, mədəniyyətini və həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyət göstərir. Jurnalın dünyanın 22 dilində nəşr olunduğunu diqqətə çatdıran Musa Mərcanlı bu il Özbəkistan, Keniya, Belçika və Lüksemburqda keçirilən təqdimatların layihənin beynəlxalq əhatəsinin genişlənməsinə töhfə verdiyini qeyd edib.O, həmçinin 2026-cı ildə nəşr olunan beş yeni kitabın məzmunu barədə danışıb. Bildirilib ki, “Azərbaycan. Yeni dönəm” kitabı ölkəmizin yeni tarixi mərhələsini, ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda formalaşan reallıqları əks etdirir. “Ulu Mədəniyyət Ağacı” nəşri Azərbaycan xalqının ədəbiyyat, musiqi, rəssamlıq, memarlıq, teatr və kino sahələrində yaratdığı zəngin irsi əhatə edir. “Nağılın sonu” kitabı Təbriz miniatür məktəbinə həsr olunub. “Gələcəyin şəhərləri” nəşrində müasir şəhərsalma yanaşmaları, Bakının memarlıq irsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri işıqlandırılır. “Sivilizasiyaların qovşağında” kitabı isə Azərbaycanın multikulturalizm ənənələrini, tolerantlıq modelini və beynəlxalq əməkdaşlıq müstəvisindəki rolunu təqdim edir.Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan mədəni irsinin beynəlxalq miqyasda təbliğinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, bu baxımdan xarici ölkələrdə təşkil olunan kitab təqdimatlarının, nəşrlərin müxtəlif ölkələrin kitabxanalarına və fondlarına çatdırılmasının rolunu qeyd edib.Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov ölkəmizin müasir şəhərsalma siyasətində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq və bərpa işlərinin xüsusi yer tutduğunu bildirib. O, Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdən danışaraq kitabların tarixi yaddaşın qorunması və gələcək inkişaf üçün intellektual baza yaradılması baxımından əhəmiyyətini vurğulayıb.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov isə nəşrlərdə yer alan materialların Azərbaycanın zəngin mədəni irsini, füsunkar təbiətini və milli sərvətlərini əks etdirdiyini bildirib. O, Azərbaycan musiqisinin, tarixinin, təbiətinin və mədəni sərvətlərinin ölkəmizin zənginliyini bütövlükdə ifadə etdiyini qeyd edib.Tədbir çərçivəsində Azərbaycan milli musiqisinin nümunələri səsləndirilib. Opera və Balet Teatrının solistləri Mütəllim Dəmirov və Gülzar Fərəcova, eləcə də televiziya muğam müsabiqələrinin laureatları Yusif Cəfərbəyli və Ayşən Mehdiyeva çıxış ediblər. Tədbir bütün ifaçıların birgə ifasında “Mehriban olaq” mahnısı ilə yekunlaşıb.Qeyd edək ki, “İRS” silsiləsi çərçivəsində indiyədək 40-a yaxın fundamental kitab nəşr olunub. Layihə Azərbaycan həqiqətlərinin, milli mədəniyyətimizin, tariximizin və zəngin irsimizin beynəlxalq auditoriyaya çatdırılmasına xidmət edir. Müxbir - Gülay Nəzərova Fotomüxbir - Orxan Kərimov Videooperator - Mirrəsul Cəfərov
Bu gün
537 xəbər bu gün
Faktiki hava
İran Hərbi Dəniz Qüvvələri
Azərbaycan Dövlət Aqrar Universiteti ilə üçtərəfli müqavilə əsasında Dövlət Proqramı çərçivəsində təhsil alan Nuranə Məmmədova Oksford Universitetində müəllim fəaliyyətinə başlayıb…
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç işgüzar səfər etməyi planlaşdırır. "News.Am" portalının məlumatına görə, bu barədə o, Dublin Beynəlxalq və Avropa…
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,8 ABŞ dolları və ya 2,8 % artaraq 102,68 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə…
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi (FAA) ölkə ərazisindəki bütün hava limanlarından uçuşlara icazə verib. Bu barədə idarənin bildirişində deyilir. "Bütün ölkə üzrə təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edilib"…
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya 3 səfər planlaşdırdığını bildirib. Bu barədə Ermənistan mediası məlumat yayıb. "Dekabrda 3 dəfə Rusiyada olacağam. Danışıqlar üçün 3 səfər edəcəyəm – dekabrın 3…
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb.
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda övladlığa götürmə ilə bağlı 218 müraciət daxil olub, 116 uşaq övladlığa verilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin…
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür.
Türkiyənin tanınmış aktyoru, rejissoru və müğənnisi Özcan Deniz yeni "Son Yemek" filmini təqdim etmək üçün Bakıya gəlir.
Bakıda marketdən 1492 manat pulu oğurlayaraq qaçan məktəbli cinayət məsuliyyətinə cəlb edilib.
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda övladlığa götürmə ilə bağlı 218 müraciət daxil olub, 116 uşaq övladlığa verilib.
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir.
Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidentləri 5,5...
Qırğızıstanda hazırlanan avtomat qurğu plastik şüşələri qəbul edib istifadəçilərə qarşılığında pul verir. Bizim.Media Rusiya mətuatına istinadən xəbər verir ki, "Jashyl Fandomat" adlanan qurğu Qırğızıstanın daxilində…
Milli komandamız UEFA Millətlər Liqasının qrup mərhələsindəki son oyununda səfərdə Lixtenşteynə 1:0 hesabı ilə qalib gəlib. Milli komandamızın baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfrasında…
Milli Məclisin deputatı Cavanşir Feyziyev Media Türk İnternet Televiziyasının efirində Rusiya-Ukrayna müharibəsi, Qərbin mövqeyi, Yaxın Şərqdə artan gərginlik, Azərbaycan-Türkiyə münasibətləri və ölkəmizin beynəlxalq…
Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AK Partiya) parlament və prezident seçkilərinin vaxtından əvvəl – 2027-ci ilin may ayında keçirilməsi imkanını nəzərdən keçirir. Bu barədə “Cumhuriyet” qəzeti məlumat yayıb…
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcəyini açıqlayıb. O, jurnalistlərin suallarını cavablandırarkən belə deyib. Paşinyan dekabrın 3-də, 11-də və 22-də Rusiya Federasiyasına…
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. Bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə…
Azərbaycanda neft hasilatı oktyabr ayında gündəlik 440 min barel təşkil edib. Bu barədə "Report" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir. Məlumata görə, bu, sentyabr ayının göstəricisi…
Bu gün Azərbaycan Basketbol Liqasında VII tura start veriləcək. Ilk oyun günündə 1 qarşılaşma keçirləcək. Turun mərkəzi matçında son ölkə çempionu "Sabah" "Neftçi" ilə üz-üzə gələcək. Görüş saat 19:00-da Milli Gimnastika…
Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 14-ü saat 10:00-a olan məlumatında qeyd olunub. Həmçinin bildirilib ki, noyabrın 13-də bəzi yerlərdə cənub-qərb…
Ermənistan və Türkiyə diplomatik münasibətlərin tam normallaşmasına yaxındır. "İnterfaks"a istinadən, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Əminəm ki, biz yaxın gələcəkdə Türkiyə ilə münasibətlərin…
Naxçıvan Dövlət Universitetinin Mədəniyyət və Konqres Mərkəzində memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə və "Şəhərsalma və Memarlıq İli"nə həsr olunmuş "Əcəmi 900: İpək yolu üzərində…
Bakı, 14 noyabr, AZƏRTAC “İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib. Nəşrlər Mədəniyyət Nazirliyinin və “PAŞA Həyat Sığorta” ASC-nin dəstəyi ilə çap edilib.AZƏRTAC xəbər…
Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya 3 səfər planlaşdırdığını bildirib. Bu barədə Ermənistan mediası məlumat yayıb."Dekabrda 3 dəfə Rusiyada olacağam. Danışıqlar üçün 3 səfər edəcəyəm – dekabrın 3, 11…
Türkiyənin tanınmış aktyoru, rejissoru və müğənnisi Özcan Deniz yeni “Son Yemek” filmini təqdim etmək üçün Bakıya gəlir. 23 noyabr 2026-cı il tarixində Park Cinema Flame Towers kinoteatrında filmin qala gecəsi baş…
Bakıda marketdən 1492 manat pulu oğurlayaraq qaçan məktəbli cinayət məsuliyyətinə cəlb edilib. Hadisə Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Rahat” supermarketdə baş verib. 2010-cu il təvəllüdlü, tam eşitmə…
2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda övladlığa götürmə ilə bağlı 218 müraciət daxil olub, 116 uşaq övladlığa verilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin…
Sənədsiz evlərə elektrik, qaz və su xətlərinin çəkilməsi bu mənzillərdə yaşayan sakinləri maraqlandıran əsas məsələlərdəndir. Daşınmaz əmlaka dair hüquqi sənədlərin olmaması kommunal xidmətlərə qoşulma ilə bağlı suallar…
Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Sənaye Parkının rezidentləri 5,5 milyard manatdan çox investisiya yatırıb, 6500-ə yaxın daimi iş yeri…
“Gecə saatlarında qəfil oyanma, yad birinin varlığını hiss etmə, qorxulu görüntülər görmə və hərəkət edə bilməmə yuxu iflicinin əsas əlamətləridir”. Bunu neyrobioloq Baland Cəlal “The Guardian” nəşrinə müsahibəsində…
Şəkidə külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən sabiq bağça müdirinə hökm oxunub. Şəki şəhərindəki körpələr evi-uşaq bağçasının sabiq müdiri Ruziyyə Mahmudovanın cinayət işi üzrə məhkəmə…
Almaniyanın avtomobil istehsalçısı BMW ABŞ-də yanğın riski səbəbindən 720 796 avtomobili geri çağırır. Bu barədə “Reuters” agentliyi ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA)…
Satışa çıxarıldığı ilk günlərdə “iPhone Duo” alanların təxminən 30 faizi cihazı geri qaytararaq ödədikləri vəsaiti geri alıblar. Bu nəticə təxminən 6 min nəfərin iştirak etdiyi “9to5Mac” oxucuları arasında keçirilən…
Argentina milli futbol komandası Lionel Messinin yığma karyerasını başa vurmasından sonra keçirdiyi ilk yoldaşlıq oyununda öz meydanında Uruqvaya 1:2 hesabı ilə uduzub. Matçın təfərrüatları barədə məqalədə oxuyun.
Naxçıvanda baş verən yol qəzasında deputatın da içində olduğu maşın aşıb, bir nəfər ölüb.
Rusiyada, Elista ilə Volqoqrad şəhərləri arasındakı ərazidə baş verən ağır yol-nəqliyyat hadisəsi azərbaycanlının ölümü ilə nəticələnib.