Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrda Rusiyaya 3 səfər planlaşdırdığını bildirib. Bu barədə Ermənistan mediası məlumat yayıb."Dekabrda 3 dəfə Rusiyada olacağam. Danışıqlar üçün 3 səfər edəcəyəm – dekabrın 3, 11 və 22-si", - Paşinyan bildirib.O əlavə edib ki, Ermənistanın Rusiya ilə münasibətlərində dostluq mühitinin qorunub saxlanmasına ümid edir.