Krımın sabiq prokurorluq əməkdaşları dövlətə xəyanətə görə qiyabi məhkum edildi

Ukraynada Krımın sabiq prokurorluq əməkdaşları dövlətə xəyanətdə təqsirli bilinərək qiyabi olaraq 12 və 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Bu barədə Krım Muxtar Respublikası və Sevastopol prokurorluğu məlumat yayıb.

Məlumata görə, Krımın Rusiya tərəfindən işğalından sonra həmin şəxslər işğalçı administrasiya ilə əməkdaşlığa başlayıblar. Onlar Feodosiya, Baxçasaray və Evpatoriyada fəaliyyət göstərən işğalçı prokurorluq orqanlarında müxtəlif vəzifələr tutublar.

Sonrakı dövrdə isə işğal altında olan Krımda prokurorluq sistemində fəaliyyətlərini davam etdiriblər.