Xviça Kvaratsxeliya və Dembele ilə danışıqlar son mərhələdədir

PSJ bir neçə oyunçunun müqaviləsini uzatmaq üzərində işləyir.

“Le Parisien” nəşrinə istinadla, Xviça Kvaratsxeliya və Usman Dembele ilə danışıqlar son mərhələdədir. Gürcü və fransız oyunçularla müqavilələrin detalları demək olar ki, razılaşdırılıb.

Bu fonda PSJ müdafiəçi Markinyosun gələcəyini də nəzərdən keçirir. Mənbənin məlumatına görə, Liqa 1 nəhəngi braziliyalıya yeni müqavilə təklif etməyi düşünür. Parislilər artıq bu barədə 32 yaşlı futbolçunun nümayəndələri ilə müzakirə aparıblar. PSJ kapitanının hazırkı müqaviləsi 2027/2028 mövsümünün sonuna qədərdir.