Elnur Məmmədov ECO Nazirlər Şurasının iclasında iştirak etmək üçün Pakistana gedib

Azərbaycan xarici işlər nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Elnur Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Nazirlər Şurasının 30-cu iclasında iştirak etmək üçün Pakistanın İslamabad şəhərinə səfər edib.Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Elnur Məmmədovu İslamabad Beynəlxalq Hava Limanında Pakistan Xarici İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.