Türkiyənin tanınmış jurnalisti Fulya Öztürk Antalyada COP-31 çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə bir araya gəlib.
Bu barədə o, sosial media hesabında paylaşım edib:
"Bu gün Antalyada COP-31-də çox dəyərli Leyla Əliyeva ilə görüşdüyüm üçün çox xoşbəxt idim... Videodakı mahnının sözlərini o yazıb... İlk dəfə eşidəndə çox təsirləndim, hətta ağladım... İlahi təslimiyyətdən bəhs edən bu mahnını yalnız dərin bir ürək yaza bilərdi... Leyla Əliyeva çox xüsusi bir ruhdur, çox gözəl bir insandır. Daha çox yazın, Leyla xanım...".
Qeyd edək ki, videoda səsləndirilən bəstə Leyla Əliyevanın sözlərinə yazılmış, Xalq artisti Aygün Kazımova tərəfindən ifa edilən "Bilirəm" mahnısıdır.