Fransada həmkarlar ittifaqları və “Sarı jiletlilər” hərəkatının çağırışı ilə Paris, Lion, Nant, Ruan və Bordo da daxil olmaqla bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib.
Aksiya iştirakçıları hökumətdən təhsil sahəsinə daha çox vəsait ayrılmasını və uşaqların hər cür zorakılıqdan qorunmasını tələb ediblər.
Fransa mətbuatının məlumatına görə, bir sıra şəhərlərdə polis nümayişçilərə müdaxilə edib.
Fransa Daxili İşlər Nazirliyi ölkə üzrə aksiyalarda 106 min nəfərin iştirak etdiyini, 121 nəfərin isə saxlanıldığını açıqlayıb.